Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fəraim Mustafayev Avropa çempionu oldu -Yeniyetmələr arasında
Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.
Sportfmaz xəbər verir ki, o, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
Mustafayev qələbə qazandıqdan sonra iki ölkə bayrağı ilə xalçanın üzərində dövrə vurub.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Güləşçimiz ermənini udub Avropa çempionu oldu - UĞUR
Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu - Bolqarıstanda
Daha bir güləşçimiz Avropa çempionu oldu - UĞUR
Avropa çempionlarımız mükafatlandırıldı - FOTO
İki qızıl və bir bürünc medal şansı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası