"Keşlə" afrikalı hücumçudan cavab gözləyir -AÇIQLAMA
"Keşlə" futbol klubu "Qəbələ"dən ayrılan Merab Giqauri ilə müqavilə bağlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssisin sözlərinə görə, gürcüstanlı yarımmüdafiəçi 1 illik sözləşməyə qol çəkib.
Əyalət təmsilşçisi ilə vidalaşan nigeriyalı hücumçu Ceyms Adeniyi isə hələlik paytaxt klubunun təklifinə müsbət cavab verməyib: "Adeniyinin başqa təklifləri də var. Maliyyə şərtlərində razılığa gələ bilmirik".
Qurbanov Sezar Meza Kolli ilə başa çatan müqavilənin yenilənməyəcəyini vurğulayıb: "Artıq Meza Kollinin komandadan getdiyini deyə bilərik. Onun da başqa təklifləri var. Bu səbəbdən, "Keşlə"də qalmaq istəmədi".
Komandasının hazırlıq planını da açıqlayan baş məşqçi təlim-məşq toplanışına iyunun 15-də Bakıda start verəcəklərini bildirib: "Ölkə xaricinə çıxmayacağıq. İyunun 27-dək paytaxtda hazırlıq keçdikdən sonra iyulun 1-də Qəbələyə yola düşəcəyik. Yoxlama oyunlarındakı rəqiblərin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək". (report)
Oxşar xəbərlər
"Keşlə" baş məşqçisi ilə davam edəcək - Qərar
Azərbaycan yığmasında oynaması gözlənilən futbolçu Rumıniya klubunda - Transfer
“Keşlə” aparıcı futbolçusunu saxlayır
Sezar Meza Kollinin müqaviləsinin şərtləri məlum oldu
Sezar Meza Kolli Rumıniyaya yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası