Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samir Abasov: "Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam"
Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" toplanış çərçivəsində keçirdiyi yoxlama oyununda Özbəkistanın "Nasaf" klubuna 0:1 hesabıyla uduzub.
Sportfm.az xəbər verir ki, oyundan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov klubun saytına fikirlərini bildirib:
"Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdi ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdı. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəldi. İrəliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.
Oxşar xəbərlər
"Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər" - Samir Abasov
Zaur Svanadze: "Toplanış komanda üçün faydalı oldu"
Samir Abasov: "Toplanışı qənaətbəxş hesab etmək olar"
Roman Qriqorçuk: «Onları müxtəlif mövqelərdə sınadıq»
"Neftçi"ni məğlub edən komanda "Sumqayıt"la üz-üzə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası