Şahmatçılarımız altıncı mərhələdə iştirak edəcək -Çempionlar Turu
Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Qeyd edək ki, Ş.Məmmədyarov turnirin sonuncu mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.
Xatırladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.
Oxşar xəbərlər
Bu gün yarımfinal görüşləri keçiriləcək - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Teymur Rəcəbov Levon Aronyanla qarşılaşacaq
Teymur Rəcəbov 5 görüşdə heç-heçə etdi - "Opera Euro Rapid"
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku















Misli Premyer Liqası