reklam
Sportfm.az xəbər saytı

"Mövsümü titulla bitirməliyik" -Zaur Axundov


“Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib.

Funksioner çətin oyundan qalib ayrılan komandasının futbolçularına təşəkkürünü bildirib. O, əsas hədələrinin kuboku qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burada 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq. “Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir. Bizim əsas hədəfimiz də budur. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla siğortalamalıyıq. Yenə deyirəm, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik”.

Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"la qarşılaşacaq. Oyun mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək. (report)

 

Oxşar xəbərlər

"Qarabağ"dan "Keşlə"yə 6 qol - Azərbaycan Kuboku
“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Keşlə" finalda - Azərbaycan Kuboku
Rəşad Sadıqovun qələbə şərhi - VİDEO
Bu gün Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər