reklam
“Baş məşqçimiz şans verərsə...” -
Sportfm.az xəbər saytı

“Baş məşqçimiz şans verərsə...” -Patrik Andrade


Komandamızın kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade zədəsini sağaldıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Patrik Andrade açıqlamasında Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasına tam olmasa da, hazır olduğunu deyib:

“Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Aprelin 29-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda keçirilən ilk oyun qolsuz başa çatıb.

Oxşar xəbərlər

Andrade zədələndi - "Qarabağ" üçün problem
Patrik Andrade yeni klubunda - RƏSMİ
“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu bilindi
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
“Səbail”də Rauf Əliyev sevinci - Məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər