Çempionlar Liqası yeni formatda –UEFA təsdiqlədi
UEFA Çempionlar Liqasının formatını dəyişib.
Sportfm.az xəbər verir ki, müvafiq qərar qurumun bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib. 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Oxşar xəbərlər
Avrokuboklarda yeni format tətbiq ediləcək
Avropa və dünya çempionatına vəsiqə üçün format dəyişdi
Çempionlar Liqasında komanda sayı artırılacaq - 32-dən 36-ya
AFFA UEFA-nın təklifi ilə razılaşdı
UEFA yeni avrokubok mövsümünün detallarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı








.jpg)






Misli Premyer Liqası