Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisi İspaniyaya qarşı
Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.
Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev
Oxşar xəbərlər
Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Riad Rəfiyev Elxan Məmmədovla bir komandada - 100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu
Millimiz beynəlxalq turnirdə iştirak edəcək
Vidadi Rzayev Gürcüstan səfərindən danışdı
Azərbaycan yığması Riqaya dəvət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası