Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçumuz bürünc medal qazandı -Böyük Dəbilqə
Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü yeri tutub. Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad Çopanova uduzaraq medalsız qalıb.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.
Oxşar xəbərlər
Cüdoçumuz Okeaniya turnirində üçüncü oldu
Cüdoçularımız “Böyük dəbilqə”də 3 medal qazandı
Cüdoçumuz Özbəkistanda bürünc medal qazandı - FOTO
İdmançımız “Böyük dəbilqə” turnirində bürünc medal qazandı
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası