reklam
Sportfm.az xəbər saytı

"Coşqulu və istəkli oynadıq" -Şənol Günəş


“Hələ işin əvvəlindəyik. Coşqulu və istəkli oynadıq. Futbolçularımı təbrik edirəm”.
Sportfm.az xəbər verir ki, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Norveçlə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə qazanılan 3:0 hesablı qələbəni belə şərh edib: “3 gözəl qol vurduq. Rəqib iki hücumçu ilə bizə təzyiq edirdi, amma ona uyğun da plan qurduq. Mən xoşbəxtəm. Komandam və bütün Türkiyə də xoşbəxtdir. İndi Latviya ilə oyuna köklənəcəyik. Daha çətin oyunumuz gəlir. Bizim məqsədimiz bəllidir. Uğurlu nəticələr qazanmaq istəyirik. Latviya ilə oyundan sonra “Avro-2020” gəlir. Daha sonra yenidən dünya çempionatının seçmə oyunları”.
Xatırladaq ki, seçmə mərhələdə keçirdiyi hər iki oyunda qalib gələn "ay-ulduzlular" 6 xalla qrup lideridir.

Oxşar xəbərlər

"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov
"Futbolçulardan razı qaldım" - Milan Obradoviç
"Oyunçularımın alnından öpürəm" - Şenol Güneş
Qurban Qurbanov: Hiss olunurdu ki, kimsə zədələnəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər