reklam
Fəhmin Muradbəyli:
Sportfm.az xəbər saytı

Fəhmin Muradbəyli: "Komanda halında uğur qazanmaq istəyirik"


"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli Antalya hazırlığı barədə danışıb.
 
Sportfm.az xəbər verir ki, gənc yarımmüdafiəçi klubun saytına açıqlamasında bunları deyib: "Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir. Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.

Oxşar xəbərlər

Fəhmin Muradbəyli "yuvaya" döndü - Transfer
Fəhmin Muradbəyli yeni müqavilə imzaladı
Fəhmin Muradbəyli qalib gəlmədyimiz matçı yaxşı nəticə ilə başa vurduğumuzu düşünür
"Neftçi"nin futbolçuları U-21 milli komandasında
"Neftçi"nin futbolçusu 2 həftə oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər