Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tərlan Əhmədov, yoxsa Elxan Abdullayev? - əlbəttə birinci...
"Onu necə tanıyıram? Normal. Uzun müddət atası rəhmətlik Ruslan Abdullayevlə birlikdə işləmişəm. Elə özü ilə də. Yaxından tanıyıram, münasibətimiz var. Qardaşımın oğlu ilə yaxın dostdu. Məşqçi kimi də güclü mütəxəssisdi" - AZAL-ın vitse-prezidenti Vaqif Qasımov "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev barədə fikirlərini Sportinfo.az-a bölüşüb.
E.Abdullayev 2011-ci ilin yayında AZAL-da çalışmağa başlayıb və əvvəlki iş yerlərində olduğu kimi, burda da uzun müddət duruş gətirməyib. İlin sonunda Şüvəlan təmsilçisindən qovulub. Ardıcıl uğursuz nəticələrə görə.
Həmin vaxt klubun prezidenti olan Qasımov əməkdaşımızın "o, necə güclü mütəxəssisdi ki, işlədiyi heç bir klubda uğur qazana bilməyib" sualına belə cavab verib:
"O vaxt AZAL-a pis vaxtda gəlmişdi, nə oyunçu gətirə bilirdi, nə də komanda qura bildi. Ona görə alınmadı. Ancaq cavandı, güvənmək, şans vermək lazımdı".
Qasımov AZAL-ı quran və inkişaf etdirən şəxslərdən biri olub. "Təyyarəçilər" onun prezidentliyi dönəmində ikinci və hələlik sonuncu dəfə avrokuboklara vəsiqə qazanıb. O, hələ də AZAL-ın başında dayanardı: əgər Abdullayev komandanı uçuruma sürükləyib, prezident idə çətin vəziyyətə salmalıydı. Bu 5-6 aylıq dönəmdə baş məşqçi onu vəzifəyə gətirmiş şəxsin - Qasımovla daim intriqaya girdi. Gördüyü yaxşılığın əvəzini pisliklə qaytardı. B
Bəlkə də Vaqif bəy unudub, ancaq yaxşı yadımıza gəlir ki, Abdullayev transfer məsələlərində klubun maraqlarını ayaq altına atıb və bunun üstündə tərəflər dəfələrlə mübahisə edib. O, indi "Neftçi"də olduğu kimi, həmin dövrdə də FİFA meneceri Kamil Məmmədovla birləşərək, AZAL-a səviyyəsiz legionerlər sırıyıb: "Allaha and olsun, mənim transfer məsələlərində heç bir əlim olmayıb" - Qasımov bunu deməklə kifayətləndi.
O, yaxından tanıdığı məşqçinin "Neftçi”də uğur qazanıb-qazanmayacağı barədə proqnoz vermək istəmədi: "Hər halda işləməyə imkan vermək lazımdı. Cavandı,yaxşı məqşçidi, işləsin. Mövsümün sonunda nəticə tələb etmək lazımdı".
Vaqif bəydən həm də soruşduq: Əgər seçmək etmək imkanınız olsa, hansına üstünlük verərsiz və nəyə görə: Tərlan Əhmədov, yoxsa Elxan Abdullayev?
Fikirləşmədən dedi: "Əlbəttə, Tərlan Əhmədov! Ona görə ki, çox güclü məşqçidi. Bu gün Azərbaycanda 3 ən güclü məşqçidən biri Tərlandı. AZAL-da işlədiyi üçün demirəm. Gördüyü işlərə, bacarığına, potensialına əsaslanıb bu fikirdəyəm. İşi göz qabağındadı".
Elvin
Oxşar xəbərlər
Tərlan Əhmədov AZAL-dan getdi
"İnter" AZAL-ı bir top fərqi ilə yendi
Vaqif Cavadov 90-da vurdu
AZAL-dan antirekord, Vaqifdən yubiley
Elxan Abdullayev: "Bura üç xal üçün gəlmişdik, onu da qazandıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası