reklam
Gürcüstan millisində fransalı baş məşqçi -
Sportfm.az xəbər saytı

Gürcüstan millisində fransalı baş məşqçi -Detalları açıqlanmadı


Futbol üzrə Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub.

Sportfm.az xəbər verir ki, yığmanı bundan sonra Fransa millisinin sabiq müdafiəçisi Villi Sanyol çalışdıracaq.

43 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Onun yeni komandasında bu il martın 25-də debüt edəcəyi bildirilib. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

Villi Sanyol isə daha öncə Fransanın əsas və gənclərdən ibarət yığmalarında köməkçi kimi çalışıb. 

Oxşar xəbərlər

"1/8 finala yüksəlməyi xəyal edirdik" - Villi Sanyol
"Neftçi"nin müdafiəçisi Gürcüstan millisində
"Spartak"da yeni baş məşqçi - Detalları açıqlanmadı
"Özünəinam baxımından müəyyən problemlər var idi" - Villi Sanyol
Ukrayna millisində yeni baş məşqçi - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər