reklam
Sportfm.az xəbər saytı

"Azərbaycandan gələn təklif qeyri-ciddi idi" -Kleyton


Ukrayna "Dinamo"sunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.

Sportfm.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ötən il bir çox ölkələrlə yanaşı, Azərbaycanda da oynamaq imkanı olub: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi".

25 yaşlı oyunçu yüksək səviyyədə futbol oynamağa davam etmək istədiyi üçün Kiyev təmsilçisini seçdiyini bildirib.

Qeyd edək ki, Kleyton ötən il "Atletiko Mineyro"dan "Dinamo"ya keçib.

Oxşar xəbərlər

Almaniyalı məşqçi Azərbaycandan təklif aldı
Kolumbiyalı futbolçu Azərbaycandan təklif aldı
Musa Azərbaycana gəlmədi
Litva çempionatının bombardiri Azərbaycandan təklif aldı
Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər