"Günah Səlahəti qapıya qoyandadır" -Samir Abasov
"Uduzandan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacağam. Bizim həddindən artıq çılğın azarkeşlərimiz var, onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Günah onu qapıya qoyandadır. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oynundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, Səlahət Ağayevi qapıya o qoyub: "Bizim azarkeş qruplarımız böyükdür. Qapıçının üstünə düşməyək. Bundan sonra komandamıza çətin olacaq. "Zirə" müdafiəyə meyl etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik".
Abasovun sözlərinə görə, rəqib Sabir Buqrini meydanda tam zərərsizləşdirmişdi: "Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şanslar bərabərdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxardın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodu yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı". (report)
Oxşar xəbərlər
"Səviyyə fərqi həddindən artıq görünürdü" - Samir Abasov
"Onlar üçün Samirin getməyi yaxşıdır" - Samir Abasov
"Necə oynamalı olduğumuzu bilirdik" - Samir Abasov
"Həyəcanlı qarşılaşma oldu" - Samir Abasov
"Bu suala baş məşqçi cavab verə bilər" - "Neftçi"nin hücumçusu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası