Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keyfiyyət sözünü dedi" -Elmar Baxşıyev
"Kubok oyunları 2 matçdan ibarətdir. Rəqibin səviyyəsi göz önündədir. Əzmkarlıq sayəsində müqavimət göstərmək istəyirdik. Sonda keyfiyyət sözünü dedi. Bununla belə, komandamın oyununa görə şadam".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, bütün futbolçulardan istifadə etdiyini söyləyib: "Bu gün üçün ən optimal heyət budur. Murad Musayevə də şans verəcəyik. Bütün günahı müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz oyuna öz prizmamızdan hazırlaşırıq. "Qarabağ" imkan verdiyi qədər oynadıq".
Oxşar xəbərlər
"Qarabağ"ın reklama ehtiyacı yoxdur" - Elmar Baxşıyev
"Qapıçının səhvi mənim səhvimdir" - Elmar Baxşıyev
“İşimizi sırf irad üzərində qurmamışıq" - Elmar Baxşıyev
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
"Oyuna ciddi itkilərlə çıxdıq" - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası