reklam
Salah Premyer Liqanın tarixinə düşdü
Sportfm.az xəbər saytı

Salah Premyer Liqanın tarixinə düşdü90-cı qol


"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 29 yaşlı hücumçu çempionatda 90-cı qolunu vuran 5-ci afrikalı oyunçu olub.

Salah XXI turda "Vest Hem"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib. Misirli forvardın komanda yoldaşı Sadio Mane (91 qol), "Everton" və "Portsmut"un keçmiş üzvü Yakubu Ayegbeni (95 qol), "Tottenhem", "Arsenal" və "Mançester Siti"də oynamış Emmanuel Adebayor (97 qol) və "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba ondan daha çox qol vurub.

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"da 2017-ci ildən çıxış edir.

Oxşar xəbərlər

Salahdan yeni rekord - Premyer Liqa
Salah rekorda imza atdı - Droqbanı keçdi
Salah yeni rekorda imza atdı
"Liverpul"dan vacib 3 xal - VİDEO
Salah “Liverpul”un yeni rekordçusu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər