reklam
Araz Abdullayev:
Sportfm.az xəbər saytı

Araz Abdullayev:"İddialarım böyükdür"


"Qəbələ”nin 2016-2017-ci il mövsümünün qış fasiləsindəki ilk transferi Araz Abdullayev olub.
Sportfm.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar”ın heyətinə keçidi ilə bağlı klubun rəsmi saytına fikirlərini açıqlayıb:
"Qəbələ” Azərbaycanın ən iddialı və ən güclü klublarından biridir. Komandanın həm Azərbaycan çempionatı, həm də ölkə kubokunda böyük hədəfləri var. Mənim də iddialarım böyükdür. Yeni klubuma uğurlar qazanmağa kömək etməyə çalışacam. İnanıram ki, "Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan "Neftçi” klubuna da təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.

Oxşar xəbərlər

Əyyub Allaş "Qəbələ"dən getdi
Araz Abdullayev “Zirə”də - TRANSFER
Araz Abdullayev "Qəbələ"dəki hədəflərini açıqladı - VİDEO
Kapitan "Neftçi"ni tərk etdi - FOTO
“Azərbaycana mütləq qayıdacağam” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər