"Neftçi"nin liderliyi bizə motivasiya olmalıdır" -"Qarabağ"ın direktoru
"Qarabağ" klubu nəzərdə tutduğu transferləri yanvarın sonlarınadək gerçəkləşdirmək niyyətindədir.
Sportfm.az xəbər verir ki, bu barədə klubun direktoru Emrah Çelikel açıqlama verib.
"Demək olmaz ki, qışda futbolçu almayacağıq. Transferlərlə bağlı işlərimiz davam edir. Baş məşqçimiz Qurban Qurbanovun istədiyi, transferi mümkün olan futbolçunu və ya futbolçuları bu ayın axırınadək komandamıza gətirəcəyik" deyə o vurğulayıb. Lakin klub rəsmisi gücləndirmək istədikləri mövqeləri açıqlamayıb.
Çelikel "Neftçi"nin liderliyinin "Qarabağ" üzərlərində basqı yaratmadığını və bu mövsümdə də hədəflərinin çempionluq olduğunu vurğulayıb: "Neftçi"nin liderliyi bizlər üçün motivasiya olmalıdır. Əsas məsələ mövsümün sonunda lider olmaqdır. Biz də bunun üçün əlimizdən gələni edirik və edəcəyik".
Hazırda turnir cədvəlinə 14 oyundan 27 xalla "Neftçi" başçılıq edir. "Qarabağ" liderdən bir xal geri qalsa da, ehtiyatda "Səbail" komandası ilə V turdan təxirə salınmış ev oyunu qalıb. Bu qarşılaşma yanvarın 28-də keçiriləcək. "Qarabağ" qələbə qazanacağı təqdirdə, fevralın 13-də "Neftçi" ilə ev oyununa lider kimi çıxacaq. Hazırda cəzalı olan müdafiəçi Kevin Medina "Səbail"lə görüşü də buraxacaq və Azərbaycan derbisində oynaya biləcək. (report)
Oxşar xəbərlər
“Qarabağ”ın nəticələri bizi qane edir” - Emrah Çəlikəl
"Bu vəzifə üçün yeni təyinat olmalıdır" - "Qarabağ" rəsmisi
Yurçeviç çempionluq proqnozu verdi
"Qarabağ" "Neftçi" ilə oyuna itki ilə çıxacaq
"Qarabağ" Almeydanın "Bursaspor"a keçəcəyinə dair iddialara münasibət bildirdi - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası