reklam
“Mxitaryan əla performans sərgiləyir” –
Sportfm.az xəbər saytı

“Mxitaryan əla performans sərgiləyir” –Canni De Byazi


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna müsahibə verib.

Sportfm.az xəbər verir ki, millinin DÇ-2022-nin seçmə mərhələ oyunlarına hazırlığından danışan mütəxəssis Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub:

“Martın 24-də Portuqaliya millisi ilə oyuna hazır olacağıq. Daha sonra Qətər və Serbiya milliləri ilə qarşılaşmalıyıq. Bir həftədə 3 oyun keçirəcəyik. 

Azərbaycanda hər gün minə yaxın yoluxma olur. Dekabrın 11-dən sərt karantin tətbiq edilir. Bu, yanvarın 18-də başa çatacaq”.

A Seriyası təmsilçilərinin vəziyyəti barədə danışan mütəxəssis, “Atalanta”nın futbolçusu Papu Qomesin keçə biləcəyi klublara toxunarkən, erməni futbolçu Henrix Mxitaryanın çıxışından da söz açıb:

“Qomesi hansı klubda görəcəyimi bilmirəm. Məsələn, “Roma”da onun mövqeyində Mxitaryan oynayır. “Yuventus”da da belə futbolçular çoxdur. “Napoli”də Lorenso İnsinyenin adını çəkə bilərəm. Mxitaryan “Roma”da çıxış edir və əla performans sərgiləyir. Təbii ki, Qomesə sahib olmaq əlavə silahdır, amma düşünmürəm ki, “Atalanta” onu Çempionlar Liqası üçün əsas rəqiblərindən birinə satsın”.

Oxşar xəbərlər

Erməni futbolçu finalı buraxacaq?
Mxitaryan "İnter"ə keçdi Azad agent kimi
"İnter"in Mxitaryan istəyi reallaşır?
Mxitaryan karyerasını başa vurdu - Millidə
Erməni futbolçu İtaliya klubunda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər