reklam
Yığmamızın üzvü:
Sportfm.az xəbər saytı

Yığmamızın üzvü: "20 milyona Olimpiada keçirirlər, amma bizim pulumuzu vermirlər"


Sport7.az xəbər verir ki, şahmat yığmamızın üzvləri onlara verilən sözlərin yerinə yetirilməməsindən şikayətçidilər.

Xanım şahmatçı Gülnar Məmmədova Olimpiadadan əvvəl qalib olana 50 min manat mükafat və ev söz verilsə də, sonradan onun zəhmətinin qiymətləndirilmədiyini deyir. Məmmədova kirayədə yaşadığını, bundan federasiya rəhbərliyinin də xəbərdar olduğunu diqqətə çatdırır.

Qədir Hüseynov "Futbol+" qəzetinə verdiyi açıqlamada isə daha sərt danışıb: "Biz piar ölkəsiyik. Piar oldu, qurtardı. Təqaüdümüzü 4-5 dəfə azaldıb vermək istəyirlər. Bu pulu almaqdansa, almamaq yaxşıdı. Yığmamıza legioner şahmatçı gətiriblər - Arkadi Naydiç. Çox rahatdı. Bilir ki, müqaviləyə əsasən pulunu alacaq. Onu bizdən 10-15 dəfə üstün tuturlar. 

20 milyona Olimpiada keçirirsən, amma 100 min manat tapa bilmirsən ki, 20 şahmatçının təqaüdünü verəsən. Belə problemlə üzləşəcəksənsə, niyə bu tədbiri keçirirsən?!

Ölkənin imicinə xələl gətirmək istəmirik. Anlaşma yolu ilə məsələni həll etməyə 5-10 faiz şans var. Alınmasa, mətbuat konfransı keçirəcəyik, hər şeyi söyləyəcəyik".

Oxşar xəbərlər

Teymur Rəcəbov siyahını tərk etdi, Məmmədyarov irəlilədi
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olimpiadaya yollanacaq - Heyət açıqlandı
"Heç bir şahmatçı beynəlxalq turnirlərə öz hesabına qatılmır" - Samayə Məmmədova
Yığmamızın üzvü Serbiya klubuna keçdi
Millimizin 16 yaşlı üzvü: “Polşa ilə heç-heçə də yaxşı nəticə hesab olunacaqdı”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər