reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan millisində keyfiyyət elə də çox deyil" -Serbiyalı mütəxəssis


"Belə bir qrupun bütün komandalar üçün çətin olacağını düşünürəm. Möhtəşəm oyunçularımız var və düşünürəm ki, seçmə mərhələdə ən vacib şey həvəs və ehtirasdır. Oyunçular başa düşməlidirlər ki, bəlkə də, bu, onların bir çoxu üçün dünya çempionatında iştirak etmək baxımından son şansdır. Dünya çempionatında ölkəniz üçün oynamaqdan yaxşı bir şey yoxdur".

Sportfm.az xəbər verir ki, bu sözləri Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millisinin sabiq baş məşqçisi Bora Milutinoviç "danas.rs" saytına müsahibəsində Serbiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Serbiyalı mütəxəssis daha sonra bildirib: "Qrup biz və Portuqaliya yüksək keyfiyyətə sahibik. İrlandiya bir qədər aşağı səviyyəlidir. Azərbaycan və Lüksemburq yığmalarında isə keyfiyyət elə də çox deyil. Hətta biz Qətərlə yoldaşlıq matçları da keçirəcəyik".

Oxşar xəbərlər

"Azərbaycan millisinin güclü çempionatlarda oynayan futbolçuları yoxdur" - Canni De Byazi
"Bizim üçün vacib test olacaq" - De Byazi
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi
"Matçları yeni stadionda keçirmək istəyirik" - Lük Holts

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər