"Neftçi" əməkdaşlıq müqaviləsi imzaladı -"Catapult” şirkəti ilə
"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
Sportfm.az xəbər verir ki, klubla idman nəticələrinin analitiki ilə məşğul olan "Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.
Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus "Neftçi TV” və sosial media səhifələrində "Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər marketinq xidmətləri göstəriləcək.
Qeyd edək ki, mərkəzi Avstraliyanın Melburn şəhəri olan "Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.
Oxşar xəbərlər
“Neftçi” ilə “Maximus” arasında müqavilə imzalandı - 1 illik
“Neftçi”də yeni sponsor - “Liv Bona Dea Hospital”
“Neftçi” AVIS-lə əməkdaşlığı davam etdirəcək - REKLAM
Türkiyə şirkəti Azərbaycan klubu ilə müqavilə bağladı
"Neftçi"də yeni əməkdaşlıq müqaviləsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası