Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qadın güləşçilərimiz mübarizəyə başlayır -Dünya Kuboku
Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.
Sportfm.az xəbər verir ki, 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gələcək.
65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayacaq. O, moldovalı İrina Rinqaçinin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
Oxşar xəbərlər
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Güləşçimiz yarımfinala yüksəldi - Fərdi Dünya Kuboku
4 güləşçimiz mübarizəyə başlayır - Fərdi Dünya Kuboku
Azərbaycan güləşçisi bürünc medal qazandı - Fərdi Dünya Kuboku
Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası