Azərbaycanda oynamış futbolçunun cəzası ləğv edildi
Oyun alqı-satqısında ittiham edilən "Muğan", AZAL və "Rəvan" klubunun sabiq futbolçusu Samuel Barlayın cəzası ləğv edilib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı sierra-leoneli yarımmüdafiəçi ilə yanaşı onun həmyerlisi İbrahim Koroma da əfv olunub.
Hər iki oyunçu Sierra Leone Futbol Assosiasiyasının tərəfindən dəlil çatışmazlığına görə bağışlanılıb.
Onlar 2008-ci ildə Cənubi Afrika Respublikası ilə qolsuz heç-heçə ilə başa çatan Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşünün nəticəsini manipulyasiya etməkdə şübhəli bilinib.
Barlay xəbəri eşidən kimi göz yaşlarını saxlaya bilmədiyini söyləyib: "Həmişə günahsız olduğumu bilirdim. Xəbəri alqışlayıram. Amma sevinmirəm. Çünki assosiasiya mənim imicimə zərbə vurdu və nəticədə karyeram ziyan gördü. Bu imic bərpa edilə bilməz. Mən karyeramı bitirəndə belə qərar verdilər. 2018-ci ildə bu iddiadan sonra karyeramı bitirməyə qərar verdim".
Müdafiəçi "Rəvan"da çıxış etdiyi dönəmi xatırladıb: "Rəvan" müqaviləni ləğv etdikdən sonra, heç kim mənimlə sözləşmə imzalamaq istəmirdi".
Qeyd edək ki, Samuel Barlay 2010-cu ildə "Muğan", 2011 - 2013 və 2015/2016 mövsümündə "Rəvan", 2013/2014 mövsümündə isə AZAL-ın formasını geyinib.
Oxşar xəbərlər
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Oyun alqı-satqısında ittiham olunan sabiq futbolçu cəzalandı
“Səbail”in futbolçusu üçün yaddaqalan tur
Dövlət müdaxilə etdi, FIFA bu ölkənin üzvülüyünü dondurdu
Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası