Soydaşımız Rusiya çempionu oldu -Rusiyada
Rusiyanın Orenburq vilayətində yaşayan soydaşımız Qabil Məmmədov bu ölkənin boks üzrə üçqat çempionu adını qazanıb.
Sportfm.az xəbər verir ki, Orenburqda keçirilən boks üzrə Rusiya çempionatının finalında Qabil Məmmədov 63 kiloqram çəki dərəcəsində Tuladan olan boksçu İlya Şakirovu məğlub edərək çempion adına sahiblənib. Qabil Məmmədov 2018-ci və 2019-cu illərdə də boks üzrə Rusiya çempionu adına layiq görülüb.
Budəfəki çempionatda soydaşımız yarımfinala çıxmaq uğrunda döyüşlərin birində Moskva idmançısı Arman Qalstyanı məğlub edib. Həmin qarşılaşmada üç raundun nəticələrinə görə Qabil hakimlərin yekdil rəyinə əsasən qalib elan edilib.
Qabil Məmmədov 1994-cü ildə Orenburqda anadan olub. O, 15 ilə yaxındır peşəkar boksla məşğuldur. Rusiyanın beynəlxalq dərəcəli idman ustasıdır.
Oxşar xəbərlər
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - Qızıl kəmər seriyası
Millimizdə daha bir kubalı
Usik ilin ən yaxşısı seçildi
Azərbaycan çempionu ad günündə bıçaqlandı - FOTO
2019-cu ildə Beynəlxalq Boks Forumu Bakıda keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Edqar millinin düşərgəsinə qoşuldu
-
“Sabah” – “Slaviya” matçına neçə bilet satıldı?
-
Kamal Umudlu İsveç millisinin oyununda - Təyinat
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq davam edir
-
Yığmamız böyük hesbla uduzdu - Avropa çempionatı
-
Maltadan qələbə, Kosovo - Avstriya oyununda bərabərlik - Millətlər Liqası















Misli Premyer Liqası