“Bizim üçün çox stressli oyun oldu” -Mecnun Otyakmaz
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a 3:2 hesabı ilə qalib gələn Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz oyundan sonra açıqlama verib.
Sportfm.az xəbər verir ki, oyunla bağlı fikirlərini bildirən klub rəhbəri, “Qarabağ”a da təşəkkür edib:
“Bizim üçün çox stressli oyun oldu. Koronavirusa yoluxan və zədəli olan futbolçularımızın çoxluğu bizi qorxudurdu. İki dəfə hesabda geri düşməyimizə baxmayaraq, vacib olan üç xalı qazandıq. Qələbə qazandığımız üçün xoşbəxtik. Həm Türkiyədə, həm də Avropada iddiamızı davam etdirmək istəyirik.
Oyun İstanbulda keçirilsə də, “Qarabağ”a qonaqpərvərlik üçün təşəkkür edirik. Bir millət, iki dövlət fikrini boşa çıxartmırıq. “Qarabağ”a təşəkkürümü bildirirəm”.
Oxşar xəbərlər
“Gent” “Qarabağ”a təşəkkür etdi - Konfrans Liqası
“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Yaxşı komandaya qarşı oynadıq" - "Qarabağ"ın məşqçisi
"Qarabağ"la oyunda üç xal qazanmaq istəyirik" - Rza Çalımbay
“Qarabağ” və “Makkabi” ilə matçlar daha vacibdir” - Rıza Çalımbay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası