reklam
Cüdoçularımız Avropa çempionatından medalsız döndü
Sportfm.az xəbər saytı

Cüdoçularımız Avropa çempionatından medalsız döndü


Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Sportfm.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı rusiyalı Valeri Endovitski ilə üz-üzə gəlib.

Qarşılaşmada məğlub olan Feyziyev 5-ci yerlə kifayətlənib. 100 kq-da yarışan Adil Kərimli isə bürünc medal uğrunda görüşdə İsveçrə cüdoçusu Daniel Eyçə uduzub və 5-ci olub. .

Qeyd edək ki, turnirin ötən iki günündə də Azərbaycan təmsilçiləri medal qazanmayıb. Daha əvvəl 81 kq-dakı Elcan Hacıyev də 5-ci yeri tutub. Noyabrın 4-də start götürən qitə çempionatına ölkənin 13 cüdoçusu qatılıb.

Oxşar xəbərlər

Cüdoçularımız ilk yarış gününü medalsız bitirdi - Avropa çempionatı
Güləşçilərimiz 3 medal qazandı - Avropa çempionatı
Cüdoçularımız son gündə medalsız qaldı - Böyük Dəbilqə
Cüdoçularımız 3 medalla başladı - Avropa çempionatı
Elmar Qasımov medalsız qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər