“Sivasspor” “Qarabağ”la matça ciddi itkilərlə çıxacaq –4 futbolçusu oynamayacaq
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor” klubunda zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, Türkiyə təmsilçisinin 4 futbolçusu növbəti turda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq. Sol ayağında yırtıq aşkarlanan Joge Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl sol ayaq biləyindən əməliyyat olunan Aaron Appindanqoyenin müalicəsində son mərhələ başlanılıb. Sağ dizindən zədələnən Sergey Rıbalka və keçən həftə sıradan çıxan kapitan Ziya Erdalın isə 1 həftə sonra məşqlərə başlayacağı gözlənilir. Bu futbolçuların “Qarabağ”la oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Müalicəsində 2-ci həftəni tamamlayan Marselo Qoyano isə məşqlərə başlamağa hazırdır.
“Sivasspor” – “Qarabağ” oyunu noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Kevin Medina üçün il bitdi - 4 həftə oynamayacaq
Ozobiçlə Qarayevin durumuna aydınlıq gəldi
“Qarabağ”ın rəqibində itki - Daha bir futbolçu
“Sivasspor” “Qalatasaray”a məğlub oldu - 1:2
Mahir Emreli yaşıl meydanlardan uzaq qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku















Misli Premyer Liqası