reklam
Sportfm.az xəbər saytı

"Oyun təcrübəsinin olmaması matça təsir etdi" -Yığmamızın baş məşqçisi


“İlk olaraq rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram".

Sportfm.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Polşaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

33 yaşlı mütəxəssis pandemiya səbəbindən uzun müddət məşq edə bilmədiklərini bildirib: "Bir çox ölkələrdə çempionat dayandırıldıığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması matça öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Polşa seçməsinin baş məşqçisi Miloş Stepinski isə pandemiyaya baxmayaraq görüşün baş tutmasının sevindirici hal olduğunu söyləyib: "Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Matça gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.

Oxşar xəbərlər

“Ədalətli nəticə heç-heçə idi” - Qurban Qurbanov
"Futbolçuların meydanda əzmkarlığı məni qane etdi" - Ayxan Abbasov
Roberto Bordin: "Çox üzgünəm..."
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər