reklam
Franko Lerda
Sportfm.az xəbər saytı

Franko Lerda "Qarabağ"ı "döyüş gəmisi" adlandırdı


"Albaniyada işləmək mənim üçün müsbət təcrübə oldu".

Sportfm.az xəbər verir ki, bunu "Partizani"nin sabiq baş məşqçisi Franko Lerda "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

53 yaşlı italiyalı mütəxəssis 2019-cu ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri görüşləri xatırlayıb:

Lerda Ağdam təmsilçisinin güclü olduğunu etiraf edib: "Onlar çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanırlar. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".

Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda Partizani ilə qolsuz heç-heçə edib və Bakıdakı cavab matçında rəqibini 2:0 hesabı ilə üstələyib. 

Oxşar xəbərlər

"Qarabağ"ın mətbuat konfransının vaxtı açıqlandı
"Qalib gələ bilərdik" - Franko Lerda
"Partizani" "Qarabağ"la oyunlar üçün 9 legioner sifariş etdi
"Qarabağ"ın adına önəm vermirəm, xoş şeylər gördüm"
"Qarabağ" üçün Albaniya çempionu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər