reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanla oyunda özümüzü döyüşdəki kimi hiss edəcəyik" -Miloş Stempinski


"Baş məşqçimiz Miloş Stempinski taktikanı çox yaxşı bilən mütəxəssisdir. Güclü komandalarla oynamaq daha asandır".

Sportfm.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Polşa millisinin məşqçisi Nina Patalon AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan, Moldova və İspaniya ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

34 yaşlı mütəxəssis hər 3 qarşılaşmanın çətin keçəcəyini bildirib: "Əvvəlcə inanmalıyıq ki, qarşıdakı matçlarda yaxşı oynaya bilərik. Əvvəlki görüşlərdə əlimizdən gələni etmişik. Bu dəfə də nəticədən asılı olmayaraq rəqiblərimizə qarşı inamlı mübarizə aparmalıyıq. Özümüzü döyüşə girmiş kimi hiss edəcəyik".

Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"dan çəkinmirik" - Gil Koen
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi
Baş məşqçi məşqə atla gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər