reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"la düşsəydik, Azərbaycan bizi yaxşı qarşılayardı" -Roman Babayev


Rusiyanın MOİK klubunun baş direktoru Roman Babayev UEFA Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkünü dəyərləndirib.

Sportfm.az xəbər verir ki, Moskva təmsilçisinin rəsmisi "Sport24" nəşrinə müsahibəsində komandanın "Qarabağ"la eyni qrupa düşmə ehtimalından da söz açıb.

O bildirib ki, eyni qrupda yer alsaydılar, Azərbaycan tərəfi MOİK-in Bakıya səfəri üçün bütün lazımı şəraiti yaradacaqdı: "Əminəm ki, "Qarabağ"la bir qrupa düşsəydik, Azərbaycan bizim üçün ən mütəşəkkil və qonaqpərvər qəbulu təmin edərdi. 2004-cü ildə Bakıda "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununa çıxmışıq. O vaxt hər şey yüksək səviyyədə təşkil olunmuşdu".

Qeyd edək ki, MOİK "Dinamo" (Zaqreb, Xorvatiya), "Feyenoord" (Niderland) və "Volfsberq" (Аvstriya) komandaları ilə birlikdə eyni qrupda yer alıb. "Qarabağ" isə I qrupunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.

"Neftçi" MOİK-lə ev oyununda 0:0 hesablı heç-heçə etsə də, səfər matçında uduzub - 0:2. 

 

Oxşar xəbərlər

"Tottenhem" və "Napoli" səfər matçına çıxacaq - Avropa Liqası
Qrup mərhələsinin oyunları başlayır - Avropa Liqası
"Sivasspor"la oyun bizim üçün motivasiya olacaq" - Emrah Çelikel
"Qarabağ"ın rəqibləri müəyyənləşdi: İspaniya, İsrail, Türkiyə..
"Qarabağ" 2-ci səbətdə - Püşkatma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər