"30 ildir bu həsrət içindəyik" -Cavid Hüseynov
"Düz 30 ildir ki, bu həsrət içindəyik. Bəzi kəndlərimiz işğaldan azad edilib. Sevincimizin həddi-hüdudu yoxdur".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.
31 yaşlı təcrübəli yarımmüdafiəçi böyük həyəcan hissi keçirdiyini bildirib: "Hər saniyə xəbər gözləyirik ki, hansısa rayonumuzu düşməndən aldıq. Şükürlər olsun ki, bu günləri görmək bizə nəsib olacaq".
Hüseynov hər zaman döyüşə atılmağa hazır olduğunu sözlərinə əlavə edib: "Allah əsgərlərimizə güc, qüvvət versin. Onlara inamımız sonsuzdur. Bir qram da şübhə yoxdur ki, tezliklə Laçının, Şuşanın və Kəlbəcərin işğaldan azad olunması xəbərini eşidəcəyik. Allah Azərbaycan əsgərini qorusun".
Qeyd edək ki, Cavid Hüseynov əslən Cəbrayıl rayonunun işğal altındakı Qaracallı kəndindəndir (Report).
Oxşar xəbərlər
Daha 7 kənd işğaldan azad edildi
"Biz 27 ildir qələbə xəbərini gözləyirdik" - Dünya çempionu
"Torpaqları işğaldan azad etməyin vaxtıdır" - Ozan Can Kökçü
"Vətənə xidmət etmək hamımızın borcudur" - "Qəbələ"nin kapitanı
"Əmim həmin döyüşlərdə şəhid olub, atam isə yaralanıb" - Vüsal İsgəndərli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Avropa birinciliyində 3 medal















Misli Premyer Liqası