reklam
Premyer Liqada 2 oyunun vaxtı dəyişdirildi
Sportfm.az xəbər saytı

Premyer Liqada 2 oyunun vaxtı dəyişdirildi


Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək iki oyunun vaxtı dəyişdirilib. Sportfm.az xəbər verir ki, buna "Sumqayıt”, "Zirə”, "Neftçi” və AZAL klublarının Peşəkar Futbol Liqasına müraciət etməsi səbəb olub.
Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə  Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətiriblər.
Klublar dekabrın 16-da baş tutmalı olan "Sumqayıt” – "Zirə” və "Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun həmin iki matçının dekabrın 17-də oynanılmasına razılıq verib. 

Oxşar xəbərlər

"Keşlə" - "Qarabağ", "Zirə" - "Qəbələ" matçlarının vaxtı dəyişdirildi
Oyunların vaxtı dəyişdirildi
Yağan qar "Neftçi"yə mane oldu
Topaz Premyer Liqası: II turun oyunlarının vaxtı açıqlandı
AZAL – “Neftçi” matçının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər