reklam
“Azərbaycan futbol ənənəsi olmayan bir ölkədir
Sportfm.az xəbər saytı

“Azərbaycan futbol ənənəsi olmayan bir ölkədir" -Rikardo Xeres


Qvatemala milli komandasının qapıçısı Rikardo Xeres həmyerlisi Nikolas Hagenin “Səbail”ə keçidinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, “ESPN Guatemala”ya danışan 34 yaşlı qapıçı, Hagenin onu təəccübləndirdiyini bildirib:

“Azərbaycan məsələsi məni təəccübləndirdi, çünki oranın futbolu haqda heç nə bilmirik. Azərbaycandan olan bir futbolçu tanımıram, buna görə təəccübləndim. Onun futbolun daha vacib olduğu bir yerə gedəcəyini düşünürdüm”.

Rikardo Jeres Azərbaycan Premyer Liqası haqda da bunları deyib:

“Mən sizinlə Azərbaycan Premyer Liqasını bilməyən bir adam kimi danışıram. Heç orada qapıçılarla iş üzrə məşqçilərin olub-olmadığını da bilmirəm. Hagen, Qvatemaladan heç kimin gözləmədiyi bir liqaya getdi. Çünki Azərbaycan futbol ənənəsi olmayan bir ölkədir, Premyer Liqalarında da cəmi 8 komanda var”.

Oxşar xəbərlər

"Dünya çempionatına vəsiqə qazanmaq istəyirik" - Nikolas Hagen
"Səbail"in oyunçusu ən yaxşılar sırasında - Legioner həyatı yaşayan
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"
"Uğurlu çıxışımı davam etdirəcəyəm" - "Səbail"in legioneri
"Liverpul" sabiq qapıçısı Bakıda təəccübləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər