reklam
“Hədəfimizə doğru addım-addım, səbrlə irəliləyəcəyik” -
Sportfm.az xəbər saytı

“Hədəfimizə doğru addım-addım, səbrlə irəliləyəcəyik” -Orxan Məmmədov


"Neftçi" "Qalatasaray"a qarşı çox yaxşı təsir bağışladı. Hesab edirəm ki, bərabər oyun oldu. Düzdür, "Neftçi"nin qapıçısı (Aqil Məmmədov nəzərdə tutulur-red.) bir az zəif təsir bağışladı. Amma ümumən deyərdim ki, təmsilçimiz bu rəqiblə matçda çox gözəl, təmkinli oyun nümayiş etdirdi".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bildirib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" matçını (1:3) Bakı Olimpiya Stadionunda izləyən Məmmədov öz klubunun gələcək planlarından da söz açıb: "Planlarımız həmişə kimi, avrokuboklara vəsiqə verən ilk 4 pillənin birində qərarlaşmaqdır. Avroliqada çıxış etməyə imkan verən yerlərdən birini tutmağı qarşımıza hədəf qoymuşuq. Futbolumuzun canlı əfsanəsi Rəşad Sadıqovun Premyer Liqada məşqçi kimi ilk təcrübəsidir. Əlbəttə, biz rəhbərlik olaraq ona tam dəstək göstəririk. Sadıqovun debüt mövsümüdür və hesab edirik ki, hədəfimizə doğru yaxşı şəkildə, addım-addım, səbrlə irəliləyəcəyik".

Məlumdur ki, Sadıqovlu "Zirə" yeni çempionatın ilk 2 turunda uduzmayaraq hesabına 4 yazıb və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Fəxri prezidentin sözlərinə görə, bu nəticəylə yanaşı, komandanın hazırkı oyunu da onu qane edir: "Hesab edirəm ki, belə davam etsək, hədəfimizə doğru inamla irəliyəcəyik. Bu yöndə yeni transferlər gözlənilir" (sport24.az).

Oxşar xəbərlər

"Neftçi" "Qalatasaray"la oyuna kimi toparlanmalıdır" - Vurğun Hüseynov
"Zirə"nin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır" - Orxan Məmmədov
"Komandanın oyunundan çox da razı qalmadım" - Tomas Doll
"Onların haqqında ancaq müsbət rəy bildirə bilərik" - Səlahət Ağayev
Rövnəq Abdullayev:"Bu, böyük tarixin ilk sətirləridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər