Mətbuat konfranslarının vaxtı açıqlandı -“Qarabağ” – “Şerif”
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
Saat 18:30-da isə onun rəhbərlik etdiyi komanda “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.
Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.
Oxşar xəbərlər
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”
Mətbuat konfransı və məşqin vaxtı - "Qarabağ" - AEL
“Qarabağ” - APOEL: mətbuat konfransı
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi















Misli Premyer Liqası