reklam
Final matçına hakim təyinatları açıqlandı -
Sportfm.az xəbər saytı

Final matçına hakim təyinatları açıqlandı -Avroliqa


Futbol üzrə Avropa Liqasının finalında keçiriləcək “Sevilya” (İspaniya) – “İnter” (İtaliya) matçı üçün hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, həlledici oyunu niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona həmyerliləri Mario Diks və Hessel Steeqstra kömək edəcək. Dördüncü hakim fünksiyasını isə yunan referi Anastasios Sidiropulos yerinə yetirəcək.

Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” – “İnter” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Oxşar xəbərlər

"Sevilya" - "Fənərbaxça" oyununun hakimləri - Avropa Liqası
“Liverpul”un oyununa hakim təyinatları - Çempionlar Liqası
Hakim təyinatları açıqlandı - Çempionlar Liqası
Superkubok oyununa hakim təyinatları - "Bavariya" - "Sevilya"
“Kopenhagen”–“Qarabağ” matçını kim idarə edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər