reklam
Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi


Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.

Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 final

12 avqust
Atalanta (İtaliya) - PSJ (Fransa)

13 avqust
Leyptsiq (Almaniya) - Atletiko (İspaniya)

14 avqust
Barselona (İspaniya) - Bavariya (Almaniya)

15 avqust
Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)

Oxşar xəbərlər

1/4 final və yarımfinal cütləri məlum oldu
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması olacaq
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər