reklam
Sportfm.az xəbər saytı

"El Klassiko"da ilk dəfə…


Dekabrın 3-ü futbol dünyasının diqqəti "Nou Kamp" arenasına yönələcək. İspaniya futbolunun iki qrandı "Real" və "Barselona" növbəti dəfə münasibətlərinə aydınlıq gətirəcək. Sportfm.az xəbər verir ki, oyun 50 teleradio şirkətinin vasitəsilə 185 ölkədə canlı yayımlanacaq. İlk dəfə olaraq oyun 4K Ultra HD kameraları ilə çəkiləcək və super-zum texnologiyasından istifadə ediləcək. "Nou Kamp"ın ətrafında 37 kamera yerləşdiriləcək, bir kamera isə stadionun yuxarısında olacaq.
2 kamera ayrıca olaraq Luis Enrike və Zidan, 2-si də Kriştianu və Messini çəkmək üçün ayrılacaq. Bütün bu avadanlıqları idarə etmək üçün 8 mobil nəzarət bölməsi, 6 peyk yük maşını və 400 KİV personalından istifadə ediləcək.

Oxşar xəbərlər

Kubokun finalında azarkeşlər üçün müjdə
“Barselona” “Nou Kamp”a qayıdır - Tarix bəlli oldu
""Nou Kamp", sadəcə, bir futbol stadionudu" - Yurgen Klopp
Yay futbol düşərgəsi fəaliyyətə başladı - Bakıda
"El-Klassiko"da heç-heçə - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər