reklam
Sportfm.az xəbər saytı

"Milliyə gələn yeni baş məşqçi çox iddialı danışır" -Rüfət Quliyev


Azərbaycan millisinin keçmiş futbolçusu Rüfət Quliyev açıqlama verib.

Sportfm.az xəbər verir ki, "Ağsu"nu divizionda çempion edən 47 yaşlı mütəxəssis italiyalı çalışdırıcı Canni De Byazinin Azərbaycan yığmasının baş məşqçisi təyin edilməsinə münasibət bildirib:

"İstəyirəm uğurlu olsun, çünki ölkənin futbol səviyyəsi yığması ilə ölçülür. Hər gələn yeni baş məşqçi çox iddialı danışır, bunu tarix göstərir. Amma axırı həç də ürəkaçan deyil. Çox arzulayıram ki, millimiz uğurlar qazansın. Bizim reytiniqimiz elə səviyyədədir ki, qrup mərhələsində uğurlu çıxış böyük nailiyyət sayılır. 

Əslində, bu, nailiyyət sayılmır. Uğur odur ki, hansısa mötəbər turnirlərdə iştirak edəsən və yer tutasan. Təəssüflər olsun ki, biz qrupdan belə çıxa bilmirik. Artıq vaxt yetişib və biz yığmadan uğurlar gözləyirik. Lakin vəziyyət ürəkaçan deyil, Millətlər Liqası, Avropa və dünya çempionatlarının seçmə mərhələsində nəsə etmək çox çətin görünür.

Pandemiyaya görə milli çoxdandır bir yerə toplaşmır. Ümid edirik ki, uğurlar olacaq. Azərbaycan millisini tanıtdırmalıyıq. Biz kimdən əskik komandayıq? Səviyyəcə bizdən aşağı olar ölkələr reytinqdə yığmamızdan qat-qat irəlidədirlər. Vaxt yetişib və onları qabaqlamalıyıq". (Sportal.az)

 

Oxşar xəbərlər

"Millinin rəqibləri münasib idi, qrup səddini keçməliydik" - Tərlan Əhmədov
"Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil" - Karpin
"Onu yığmaya çağıran insanlar cavab versin" - Veteran futbolçu
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
"Qəti bu hesabı gözləmirdim" - Yunis Hüseynov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər