"Arzum Braziliya millisində oynamaqdır" -"Neftçi"nin yeni transferi
"Neftçi"yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Daha sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyimdə kömək oldu".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına müsahibəsində deyib.
Braziliyalı müdafiəçi "Neftçi" Avropadakı ilk klubu olduğunu bilidirib: "Avropa Liqasındakı çıxışlarımızdan çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq".
19 yaşlı futbolçu şəxsi hədəfləri barədə də danışıb: "Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam".
Qeyd edək ki, "Neftçi" Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
“Neftçi”nin sabiq oyunçusu Portuqaliya klubunda
"Neftçi" braziliyalı futbolçusunu göndərdi - Müqaviləyə xitam verildi
"Neftçi" braziliyalı müdafiəçi ilə vidalaşacaq - Baş məşqçi açıqladı
"Neftçi"də braziliyalı futbolçu - RƏSMİ
“Neftçi” ilə qrup mərhələsindən də irəli gedə bilərik" - "Neftçi"nin yeni transferi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası