reklam
“Azərbaycana vurduğum qol ömrüm boyu yadımdan çıxmayacaq
Sportfm.az xəbər saytı

“Azərbaycana vurduğum qol ömrüm boyu yadımdan çıxmayacaq"


"Klubumda bir neçə vacib qola imza atmışam. Amma bu ay millinin heyətində vurduğum qolun yerini heç nə verməz” - Sportinfo.az-ın məlumatına görə, bunu Şimali İrlandiyanın müdafiəçisi Konor Maklaflin deyib.
 
Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşmada Şimali İrlandiyanın heyətində ilk dəfə fərqlənən 25 yaşlı sağ cinah müdafiəçisi növbəti qolunu formasını geyindiyi "Flitvud Taun”un heyətində vurub.
 
O, İngiltərə I liqasının XX turunda "Uimbeldon”la səfər qarşılaşmasının son saniyələrində toru silkələyərək, komandasına 1 xal qazandırıb - 2:2. Maklaflin Britaniya mətbuatına açıqlamasında ən vacib qolu kimi yığmamızın qapısından keçirdiyi topu xatırlayıb:
 
"Müdafiəçi olduğum üçün rəqibin cərimə meydanına nadir hallarda girirəm və hətta çox vaxt qapıya zərbə də vurmuram. Düzdü, "Flitvud Taun”un heyətində bir neçə qol sevinci yaşamışam. Üstəlik, bunun bəziləri kritik qollar olub. Necə ki, "Uimbeldon”la görüşdə vurduğum top komandamızı məğlubiyyətdən qurtardı.
 
Ancaq mənim üçün millidəki yeganə qolum daha əzizdi. Azərbaycanla seçmə mərhələ matçındakı qolu İngiltərədəki heç bir qoluma dəyişmərəm. Həmin qol ömrüm boyu yadımdan çıxmayacaq. Çünki yığmanın formasını geyinmək mənim üçün ən böyük fəxrdi”.

Oxşar xəbərlər

UEFA AFFA-nı cərimələdi
Belçika millisinin bir neçə oyunçusu Azərbaycanla matça çıxmayacaq
Belçika millisinin bir neçə oyunçusu Azərbaycanla matça çıxmayacaq
"Qlazqo Reyncers"in futbolçusu Bakıya gəlir
Şimali İrlandiya yığmasının heyəti məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər