reklam
Sportfm.az xəbər saytı

"Ermənilər çox olsa, razılaşmayacağam" -Əfran İsmayılov Gürcüstandan təklif alıb


"Keşlə"dən ayrılan Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Milli Dəstə"nin "Facebook" səhifəsinə müsahibəsində bu barədə məlumat verib verib:

"Keşlə"dən ayrılmışam. Klubdan mənə zəng etmişdilər. Burada heç bir problem yoxdur. Futbolçu həyatı belədir, daim bir yerdə olmursan. Əsas odur, ruhdan düşməyəsən, insan belə şeyləri dərd etməməlidir. Rayona gəlmişəm, dayıma kənddəki işlərində kömək edirəm. 

Rayonda otursam da, Gürcüstandan təklif almışam. Ola bilər ki, bu barədə fikirləşim. Açığı, bəzi məsələləri də düşünürəm. İndi qeyri-müəyyən durumdur. Ancaq sərhədlər açılandan sonra ola bilsin ki, Gürcüstana gedib, danışıq aparacağam. Amma indi bütün fikrim kənddədir və dayıma kömək edirəm. 

Gürcüstandan Avropaya çıxış daha rahatdır. Götür-qoy edəndən sonra görürəm ki, Gürcüstana maraq var. Bir tərəfim gürcüstanlıdır və Tbilisi mənə doğma şəhərdir. Bu barədə fikirləşirəm, ancaq nüanslar çoxdur. Məsələn, orada ermənilər də yaşayır. Bu nüansları nəzərdə tuturam. Belə amillərə çox həssasam və bu məsələləri danışacağam. Olduğum yerə yaxın ermənilər çox ola və ya ən zəif işdə çalışa bilərlər. Bu şeyləri danışacağam və əgər belə hal olsa, anlaşmanın olmayacağını bildirəcəyəm".

Oxşar xəbərlər

Ayaz Quliyev: "Ortada heçnə yoxdur"
""Qarabağ"a çempionluq arzu edirəm" - Əfran İsmayılov
"Gələcəkdə at satışı ilə məşğul ola bilərəm" - Əfran İsmayılov
Əfran Türkiyə əvəzinə Sumqayıta getdi
Rauf Əliyev: Mən hələ elə insana rast gəlməmişdim - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər