reklam
Polis məşhur futbolçunun evinə girdi
Sportfm.az xəbər saytı

Polis məşhur futbolçunun evinə girdi


Almaniya polisi "Hamburq" klubunun futbolçusu Bakeri Cattanın evinə girib. 

Sportfm.az xəbər verir ki, 22 yaşlı qambiyalı yarımmüdafiəçi yaşayış icazəsi üçün saxta sənədlər təqdim etməkdə şübhəli bilinir. 

2019-cu ilin istintaqında "Bild" Cattanın şəxsiyyətini şübhə altına alıb. Onun noyabrda 25 yaşı tamam olan Bakari Daffe olduğu irəli sürülüb. Hamburq polisi sentyabrda etibarlı məlumatın olmaması səbəbindən məsələ ilə əlaqədar istintaqı başa çatdırıb. Nəşr həmin ay Cattanın 2015-ci ildə Bremenə gələrkən özünü Daffe kimi tanıtdığını bildirib. Bremen polisi məsələ ilə bağlı araşdırma başladıb, lakin sonradan istintaq bağlanıb. 

Qeyd edək ki, Bakeri Catta 2016-cı ildən "Hamburq"un futbolçusudur.

Oxşar xəbərlər

“Sabah”ın kapitanı dünya evinə girdi
"Hamburq"da seneqallı baş məşqçi - FOTO
"Biz bütün gecəni gözlədik, lakin o qayıtmadı" - Futbolçunun anası oğurlandı
Yol polisi millimizin hücumçusunu cərimələdi
London klubuna transfer qadağası qoyula bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər