reklam
Qadın hakimi vurdu, 22 oyunluq cəzalandı
Sportfm.az xəbər saytı

Qadın hakimi vurdu, 22 oyunluq cəzalandı


Qadın hakimi vurdu, 22 oyunluq cəzalandı. Argentinanın aşağı dəstəsində çıxış edən "Deportivo Merlo"nun futbolçusu Emmanuel Franses ağır cəzaya məruz qalıb. Sport7.az xəbər verir ki, buna səbəb Fransesin qadın hakimi vurması olub. "Frans Press"in yaydığı məlumata əsasən futbolçu bu hərəkətinə görə 22 oyun komandasını kənardan izləmək məcburiyyətində qalacaq. Belə ki, oyunların birində futbolçu zərif cinsin nümayəndəsinin boynunun arxasından yumruq zərbəsi endirib. O da təcavüzkardan qorunmaq üçün stadionun daxilində otaqlardan birində gizlənməyə məcbur olub. Nəticədə sözügedən hakim Maria Eugen Rokko Argentina Futbol Assosiasiyasına şikayətdən başqa mülki məhkəməyə də müraciət edib. 
Qeyd edək ki, yaxın günlərdə Argentinanın paytaxtı Buenos-Ayresdə qadınlara qarşı zorakılığa dair feministlərin nümayişi planlaşdırılır.

Oxşar xəbərlər

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalandı
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Hakimi təhqir edən legionerə ağır cəza - QƏRAR
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Azərbaycanda 15 yaşlı futbolçu hakimi söydü, cəzaya məruz qaldı - Olay

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər