AVRO-2020 biletlərinin aqibəti bilindi
UEFA AVRO-2020-nin oyunlarını stadiondan izləmək üçün bilet almış azarkeşlərə ödəmələrin geri qaytarılması prosedurunu açıqlayıb.
Sportfm.az xəbər verir ki, biletlər koronavirus pandemiyası səbəbindən növbəti ilə təxirə salınmış turnir üçün də etibarlı sayılacaq.
Biletləri qaytarmaq istəyənlər isə 18 - 25 iyunda "euro2020.com/tickets" saytı vasitəsilə ödədikləri pulları geri ala biləcəklər.
Gələcək bilet satışlarının tarixləri sonrakı mərhələdə təsdiqlənəcək.
Qeyd edək ki, turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıdakı yığmaların proqramı bilindi - AVRO-2020
Bakıdakı oyunlara bilet satışının vaxtı bilindi - AVRO-2020
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
Müsahibə mərhələsinə start verilir - AÇ-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası