Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted"in oyunu ləğv olundu -Koronavirusa görə
İngiltərənin "Mançester Yunayted" və "Stok Siti" komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.
Sportfm.az xəbər verir ki, buna "şəhərlilər"in baş məşqçisi Maykl ONilə koronavirus diaqnozunun qoyulması səbəb olub.
Matç iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında keçirilməli idi. "Mankunianlar" oyunöncəsi məşğələlərə başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər.
Qeyd edək ki, "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-ci yeri tutur. "Stok Siti" isə Çempionşipdə çıxış edir.
Oxşar xəbərlər
"Mançester Yunayted" xal itirdi - Premyer Liqa
“Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salındı - Premyer Liqa
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
7 nəfər klub üzvündə koronavirus aşkarlandı
Mançester derbisini mavi-ağlar qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası