reklam
Əcnəbi futbolçular mövsümün bərpasını istəmir -
Sportfm.az xəbər saytı

Əcnəbi futbolçular mövsümün bərpasını istəmir -Premyer Liqamızda


Koronavirusa görə məşqlərə başlamayan Azərbaycan klublarının əcnəbi futbolçuları mövcud durumdan narazı qalıblar.

Sportfm.az xəbər verir ki, qeyri-müəyyən vəziyyətə görə bəzi futbolçular mövsümün davam etdirilməsinə həvəsli olmadığı üçün ölkələrinə qayıtmaq istəyir.

"Neftçi"nin hücumçusu Baqali Dabo ilə cinah futbolçusu Donald Gerye mövsümün davam etdirilməsini istəməyən əcnəbilərdəndir.  Hər iki futbolçu Premyer Liqanın son 8 turunda meydana çıxmaq fikrində deyil.

Azərbaycanda futbol mövsümü martın əvvəli dayandırılıb. Avropada klublara məşqlərə icazə verilsə də, ölkəmizdə klublar yalnız koronavirus testindən keçməklə kifayətlənib.

Oxşar xəbərlər

"Sabah" çempionatın dayandırılmasını istəmir
Daha 3 futbolçu "Neftçi"dən gedir
"Qəbələ" koronavirus testindən keçmədi
15 klub koronavirus testindən keçdi
Klublara məşq etməyə icazə verildi - ABŞ-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər